Ölkə

Azərbaycan və Türkiyə arasında sənədlər imzalanacaq

Bakıda Azərbaycan-Türkiyə I Enerji Forumu keçirilir.Forumun ikinci günü Azərbaycan və Türkiyə arasında sənədlərin imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha çevik və nəticəyönümlü olmasını təmin etmək məqsədilə təsis edilib. Forumun ilk günü birgə işçi qrupun görüşü olub. Mütəxəssislərin iştirakı ilə yaradılan karbohidrogen və neft-kimya məhsulları, bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması, ötürülməsi və tənzimləmə üzrə işçi qrupların mövzu üzrə müzakirəsi də baş tutub. Görüşlərdə karbohidrogen ehtiyatlarının kəşfiyyatı, istehsalı, daşınması, emalı, neft-kimya və neft məhsullarının istehsalı və ticarəti, təbii qazın nəqli infrastrukturunun idarə edilməsi ətrafında məruzələr dinlənilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button