Dünya

Liz Trassın telefonunun izlənildiyi iddiası gündəm olub

İngiltərənin keçmiş baş naziri Liz Trassın xarici işlər naziri olarkən telefonunun hakerlər tərəfindən sındırıldığı iddia edilib.

Analoq.az xəbər verir ki, Böyük Britaniya hökuməti keçmiş baş nazir Liz Trassın xarici işlər naziri olduğu müddətdə telefonunun hakerlərin hücumuna məruz qalması ilə bağlı iddialarla üzləşib.

İngilis mətbuatında yer alan xəbərlərdə, Trassın Ukrayna müharibəsi də daxil olmaqla xarici liderlərlə danışıqları zamanı şəxsi mesajlarının ələ keçirildiyi ifadə edilib. Trassın telefonunun “sındırılması”nda Rusiyaya işləməkdə şübhəli bilinən agentlərin olduğu iddia edilsə də, Trass ilə maliyyə naziri Kvasi Kvartenq arasında baş nazirlik dövründəki yazışmalarının da ələ keçirildiyi iddia edilib.

Britaniya mətbuatı həmçinin kibertəhlükəsizlik hücumunun təfərrüatlarının keçmiş baş nazir Boris Conson və Nazirlər Kabinetinin katibi Saymon Case tərəfindən gizlədildiyini iddia edib. Hökumət mediada yayılan iddiaları şərh etməsə də, hökumət sözçüsü: “Hökumətin kiber təhlükələrdən qorunmaq üçün güclü sistemləri var. Bura nazirlər üçün müntəzəm təhlükəsizlik brifinqləri və onların şəxsi məlumatlarının qorunması və kiber təhlükələrin azaldılması ilə bağlı tövsiyələr daxildir”, – deyib/525.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button