Şikayət

Xətaidə obyekt boruların üzərində tikildi – Qanunsuz olduğu rəsmi formada bildirilsə də, tədbir görülmür – FOTO

Bakının Xətai rayonu, Sadıqcan küçəsi 4a ünvanında binaların arasında tikilmiş qanunsuz obyektin “Azəristilik” borularının üzərində tikilməsi ilə bağlı məsələ gündəmdədir.Pravda.az bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinə sorğu ünvanlayıb.Komitədən bildirilib ki, qanunsuz tikinti ilə bağlı aidiyyəti üzrə qurumlara tədbir görülməsi barədə bildirilib:”Əməkdaşlarımız tərəfindən sözü gedən ünvana baxış keçirib və tikilinin özbaşına inşa edildiyi müəyyən olunub. Tikili ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə qurumlara müraciət edilib”.
Qurumun açıqlamasından suallar ortaya çıxır. Tikintiyə icazə sənədi verilməsə belə, binanın tikintisi həyata keçirildiyi dönəmdə müvafiq qaydada tikintini dayandırmalı, söküntü işləri aparılmalı deyildimi? Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Pənah İmanovun isə “bu saat baxıb, indi sizə məlumat verəcəyəm” deməsindən bir gün ötüb, icra rəsmisi hələ də geri dönüş etməyib.Sözügedən obyektin tikilməsində aidiyyəti dövlət qurumlarının da marağının olduğu şübhəsi yaranır…


Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button