Dünya

Britaniya Baş naziri karantin qaydalarını pozduğu üçün təndiqlərə üzləşib

Nüfuzlu “Guardian” nəşrinin yaydığı, 15 may 2020-ci il tarixində çəkilən fotoda Baş nazir və ofisinin 17 işçisinin ‘Dauninq-strit”in həyətində birgə oturduğu, şərab içdikləri görülür.

Həmən dönəmdə isə Britaniyada tətbiq edilən karantin şərtlərinə görə, iki nəfərdən artıq şəxsin bir yerə toplaşması qadağan idi. Bundan başqa, həmin vaxtlar karantin qaydalarına görə, iş yerlərində yalnız zəruri hallarda iclasların keçirilməsinə, bu halda isə iki metrlik sosial məsafənin saxlanmasının lazım gəldiyi məlum idi.

Ancaq “Guardian” nəşrinin yaydığı fotoda Baş nazir Boris Conson, həyat yoldaşı Kerri Conson və yeni doğulan uşaqlarının da olduğu yığıncaqda bu karantin şərtlərinə əməl edilmədiyi görülür.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button