Ölkə

“Martın sonuna kimi hakimiyyətdə təmizləmə aparılacaq” – Açıqlama

Fevralın 1-də Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibə zamanı məmurları sərt tənqid etməsindən sonra bəzi məmurların həbsi ilə bağlı məlumatlar yayılmağa başladı.
Prezidentin açıqlamalarından sonra kimlər cəzalanacaq? Bu proses nələrdən xəbər verir? Hərbi-siyasi ekspert Elçin Axundzadə Bizimyol.info-nun suallarını cavablandırıb. Onun fikrincə mart ayının sonuna kimi hakimiyyətdə təmizləmə aparılacaq. Ekspert bildirib ki, Prezident indi tənqid etdiyi məmurların bir neçəsini bir müddət öncə də tənqid etmişdi. Bu yəqin ki, axırıncı xəbərdarlıq idi.

Elçin Axundzadə

“Vəzifədə olan şəxslər özlərini toxunulmaz, qanundan yuxarı hiss edirlər. Vəzifədə olanların əksəriyyəti “5-ci kalon”un üzvləridir. Bunu hətta Siyavuş Novruzov da bildirdi. Yəni digər ölkənin maraqlarına xidmət edən insanlara “5-ci kalon”un üzvləri deyirlər. Bunlar hardansa komanda alıb ki, cəmiyyətimizdə parçalanma yaratsınlar. Cəmiyyətimiz Prezidentin ətrafında birləşib. Bu insanlar isə birliyi pozmaq istəyirlər. Mən Prezidentə və Mehriban xanıma bağlı insanam. 20 ildir ki, bu “5-ci kalon”la mübarizə aparıram.

Ramiz Mehdiyevin köməkliyi ilə Prezidentin ətrafına elə adamlar yığılmışdı ki, dövlət başçısı özü də dedi ki, mənə yalan informasiyalar, məlumatlar verirlər. Fikrimcə, mart ayının sonuna kimi həbslər, təyinatlar və işdən çıxarılmalar olacaq.

Dövlət qurumları olan “Azərsu”dan, “Azəriqaz”dan, Azəryol nəqliyyatdan hamı narazıdır. Bunlar hamısı Ramzi Mehdiyevin təyinatı ilə vəzifəyə gələn insanlardır. Bunlardan azad olmağı bacarmalıyıq və fəaliyyətlərini yoxlamalıyıq. “Azərsu” müdirinin yüz milyardlıq villalarını, AZAL rəhbərinin Batumidə milyonlarla obyektlərini gördük. Bunları yoxlamaq lazımdır və dövlətə vurulan ziyan tam ödənilməlidir”.

Ekspertin sözlərinə görə, ermənilər revanşa hazırlaşır və ona görə də, sanki bu məmurlar hamısı bir nöqtədən tapşırıqlar alıblar və ölkədə narazılıqlar yaradırlar.

“Müharibədən sonra gördük ki, əsgərlərin, zabitlərin ərzaqları, siqaretləri mağazalarda satışa çıxarıldı, əsgərlərin hansı vəziyyətdə palatkada yatması ilə bağlı sosial şəbəkələrdə videolar yayıldı. Daha sonra qərargahda oturan DSX-da, MN-də zabitlərə orden medallar yazıldı hansı ki, döyüşən adamlara medallar yazılmadı. Bununla bağlı generallar səviyyəsində böyük narazılıqlar oldu. Bu yaxın günlərdə isə Qaradağ rayonunda 18 şəhid ailəsi narazı salındı. Hansı ki, Qaradağ rayon icra hakimiyyətinin bu işə aidiyyatı yox idi. Belə addımlarla insanları narazı salıb dövlət və cəmiyyət arasında uçurum yaratmağa çalışırlar. Bu addımlar məqsədli şəkildə atılan addımlardır.

Baxın müharibə bitdikdən sonra maliyyə naziri döyüş bölgəsində olan zabitlərin maaşlarını 100 faiz kəsmək barədə qərar verdi. Onlara pul mükafatı vermək, maaşlarını qaldırmaq əvəzinə belə bir təkliflər irəli sürürlər. Bu ordunu parçalamaq, inciklik, narazılıq salmaqdır. Dünyanın heç bir yerində qalib əsgərlə, zabitlə belə davranmırlar.

Millətimiz ənim olsun ki, Qarabağda tam qələbə çaldıq. Qarabağda 88-ci ilə qədər yaşayanlar yaşaya biləcək. Qalanları oradan çıxacaqlar. Millətimiz istəyir ki, hər şey tez baş versin, amma bu siyasətdir və mərhələli şəkildə etmək lazımdır bunu. Türklərin buraya gəlməsi özü böyük bir qələbədir”,- deyə ekspert bildirib./Leyla Mirzə

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button