Siyasət

Çavuşoğlu: “Can Azərbaycanla münasibətlərimiz müttəfiqlik səviyyəsindədir”

“Can Azərbaycanla münasibətlərimiz müttəfiqlik səviyyəsindədir”.

Bunu Aktauda Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstanın iştirakı ilə keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, bu il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki dəfə Azərbaycana gedib: “Gürcüstan isə strateji müttəfiqimizdir”.

Onun sözlərinə görə, Xəzər keçidli Şərq-Qərb dəhlizinin əhəmiyyəti hər ötən gün artır.

Nazir söyləyib ki, Azərbaycanın işğal altındakı torpaqlaırnı azad etməsi yeni fürsətlər yaradıb: “Sınaqların fərqindəyik. Vaxt itirmək niyyətimiz yoxdur”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button