BannerÖlkə

“Məhərrəmlikdə toy etmək olmaz deyə təbliğat aparanlar xurafat əhlidir” – TURAL İRFAN

(Seyid Əzimi məscidin qapısının arasında sıxıb öldürən xurafatçılar qarşı çıxsa da haqqı demək borcumuzdur.)

Toy etmək xeyirli və faydalı işlərdəndir, hətta nikah və evlənmə məsələsi İslamda iqtidarı olanlara vacib əmr olunub. Vacib bir əməli isə təxirə salmaq olmaz. İslam dinində hansısa ayda nikah mərasimi etmək olmaz deyə bir qayda yoxdur.

Peyğəmbər buyurur ki, yaxşı əməllərdə tələsin, vacib işləri təxirə salmayın. Odur ki, Məhərrəm ayında da nikah bağlamaq, toy etmək, ailə qurmaq savab işlərdəndir. İmam Hüseynin ruhunu şad etmək istəyən Məhərrəm ayında evlənsin ki, qoy ailələrin təməli məhz bu əlamətdar ayda qoyulsun.

Bu ayda toy etmək olmaz deyə təbliğat aparanlar xurafat əhlidir. Guya İmam Hüseynə matəm saxlanmalıdır. Halbuki İslamda matəm yoxdur. Heç, peyğəmbər bir gündə 70 nəfər yaxınının şəhid olduğu Uhud günü matəm elan etmədi. Çünki insanın Cənnətə yola düşdüyü gün matəm ola bilməz.

Yas ancaq insanın vəfat etdiyi gündən başlayaraq cəmi üç gündür. Ondan sonra 7,40, 52, cümə axşamı, il və sair deyə qeyri bir yas yoxdur. Hamısı istismarçı ruhani təbəqənin öz iaşələrini xalqın pulu hesabına təmin etmək niyyəti ilə qondardığı bidətlərdir.

Yasda təmtəraqlı yeməklər, pul yazılmaq yoxdur. Ehsan pulla verilməz. Əgər ortada pul varsa o ehsan sayılmaz.

Bahalı və dik, şəkilli qəbir daşları yoxdur. Bunlar hamısı qeyri islami inanclardan qaynaqlanır və yalnız israfçılıqdır.

Məhərrəm ayına da hələ Səfər ayını qoşub müsəlmanları 50-60 gün nikahdan məhrum etmək Muhəmməd salam olmuşun dininə əksdir. Bu farslardan gəlir. Qədimdə farslar şahları öləndə ona yaslar saxlayıb ömür boyu o tarixlərdə xeyir iş etməzdilər. İslamda isə millətlərin ənənəsi yox, Quran əsas götürülür. Quranda isə bu xurafat yoxdur.

Tural İrfan

Milli Cəbhə Partiyasının sədr müavini

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 1]

Back to top button