Aktual

Masallının yeni icra başçısı DTX generalıdır – Dosye

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Araz Süleyman oğlu Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Araz Əhmədovun Dövlət Təhlükəsizlik Xidmətinin general-mayoru olub. Əslən Ordubad rayonunun Biləv kəndindən olan Araz Süleyman oğlu Əhmədov uzun illər təhlükəsizlik xidməti orqanlarında çalışıb. Qarabağ müharibəsi veteranı, Qubadlı uğrunda döyüşlərdə iştirak etmiş Araz Süleyman oğlu Əhmədov 1991-ci ildən 2006-cı ilə qədər Milli Təhlükəsizlik orqanlarında əməliyyat müvəkkilindən idarə rəisinədək vəzifələrində çalışıb. 1998-ci ildə mərhim prezident Heydər Əliyevin imzaladığı Sərəncama əsasən Azərbaycan dövlətçiliyinin qorunmasında, kəşfiyyat-təxribat fəaliyyətinin qarşısının alınmasında, əməliyyat-axtarış və istintaq tədbirlərinin həyata keçirilməsində öz xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə mayor Əhmədov Araz Süleyman oğlu “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Daha sonra polkovnik rütbəsi alan Araz Əhmədov Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı Fərmana əsasən 24 dekabr 1998-ci il general-mayor ali hərbi rütbəsinə layiq görülüb.
Araz Əhmədov 2020-ci ildə “ Vətən uğrunda ” medalı ilə təltif olunub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button