Manşet

“Çölçü” 4 yeni mükafat aldı.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunan beş qitəni əhatə edən 69 Beynəlxalq Film Festivalında iştirak edərək 40-dan artıq müxtəlif mükafatlara layiq görülən Azərbaycan filmi “Çölçü” 4 yeni mükafat aldı.

Kinorejissor Şamil Əliyevin “Çölçü” filmi MONT. BLANC İNTERNATİONAL MOVİE FEST 2020 (Fransa, Paris) Beynəlxalq Festivalında bir neçə kateqoriya üzrə mükafatlara layiq görülüb. Müsabiqələrin nəticəsi “COVID-19” pandemiyası il əlaqədar olaraq onlayn formatda elan olunub.

“Çölçü” 4 kateqoriya üzrə qalib elan olunub: Ən yaxşı bədii film (rejissor Şamil Əliyev), Rejissor nailiyyətinə görə mükafat (Şamil Əliyev), Ən yaxşı operator (Rafiq Quliyev), Ən yaxşı montaj (Fərid Axundov, Rafiq Quliyev) olaraq.

2012-ci ilin istehsalı olan Şamil Əliyevin “Çölçü” filminin gündəmdə olmasının səbəbi, rejissorun sözlərinə gürə “Bunun səbəbi filmin qaldırdığı sualın aktuallığı ilə bağlıdır. Qloballaşan Dünya ilə milli özgür mədəniyyəti arasındakı antroploji katastrofa filmin əsas niyyətini təşkil edir ” – deyərək izah edir.
Qeyd edək ki, Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı və qalibi olan kino rejissor Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 69 beynəlxalq film festivalında iştirak edərək 40-dan artıq müxtəlif mükafatlara layiq görülüb.
Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminov, prodüseri isə M. Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

Turan Etibaroğlu
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button