Elm və təhsil

Bu gündən kolleclərə sənəd qəbulu başlayır

Bu gündən tam (11 illik) orta təhsil bazasında kolleclərə sənəd qəbulu başlayır.

“Analoq” xəbər verir ki, sənəd qəbulu onlayn şəkildə 12 may – 5 iyun tarixlərində təşkil ediləcək.

Ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul isə yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq.

Bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib, onlardan martın 1-də keçirilən buraxılış imtahanında (I mərhələ) iştirak edən 4 000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının II mərhələsində iştirak etməlidirlər.

Analoq.az

Daha çox

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close