Cəmiyyət

Prezidentin sosial şəbəkə hesablarının bağlanma səbəbi məlum oldu-“

Facebook” Rusiya Federasiyasının Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun “Instagram” səhifəsini bloklayıb. (“Instagram” sosial şəbəkəsi “Facebook” şirkətinə məxsusdur.)

Şirkət qərarını ABŞ tərəfindən bu şəxsə qarşı sanksiyaların tətbiqi ilə izah edib. “Amerika şirkəti olaraq, biz ölkənin sanksiya qanunvericiliyi çərçivəsində hərəkət edirik və öz hüquqi öhdəliklərimizin yerinə yetirilməsi üçün daim tədbirlər görürük. Bu halda biz, əvvəllər olduğu kimi, sanksiya altındakı şəxsin səhifəsini ləğv etdik”, – deyə rəsmi açıqlamada bildirilib.

ABŞ hökuməti 2017-ci ilin dekabrında Ramzan Kadırovun adını “Maqnitski siyahısı”na daxil edib. ABŞ Maliyyə Nazirliyi qərarı belə əsaslandırıb ki, R.Kadırov qətllər, işgəncələr və digər irimiqyaslı insan haqları pozuntularına görə məsuliyyət daşıyır. Bundan bir neçə gün sonra Kadırovun “Facebook” səhifəsi bloklanıb.

Çeçenistan administrasiyasının saytında R.Kadırovun “Twitter”, “VKontakte”, “Telegram” səhifələrinin istinadları var. Lakin o, “Instagram”dan da istifadə edirdi.press klub

Analoq.az

Daha çox

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close