AktualRedaktor seçimi

Millət vəkili jurnalsirlərlə görüşdü – FOTOLAR

Milli Məclisin deputatı Nigar Arpadarai Səbail rayonu ,Yeni Salyan şossesi 21-də yerləşən Jurnalistlər şəhərciyində yaşayan media nümayəndələri ilə görüş keçirib. Görüşün məqsədi jurnalist binalarının sakinlərinin sosial -məişət və sair problemlərini , eləcə də irəli sürülən təklifləri dinləməkdən ibarət olub. Bina sakinləri onları narahat edən bir sıra məsələləri millət vəkilinin diqqətinə çatdıraraq onun bu kimi məsələlərdə dəstək göstərməsini istəyiblər.

Nigar Arpadarai hər bir bina sakininin fikirlərini diqqətlə dinləməklə yanaşı həm də Səbail rayonunun deputatı kimi seçiciləri qarşısında məsuliyyət daşıdığını bildirib. Belə ki , deputat Səbail rayonu ərazisində şəhid və qazi ailəri ilə də mütamadi görüşlər keçirir , onların sosial- məişət problemlərinin həll olunmasında yaxından iştirak edir.

Qarşılıqlı səmimiyyət şəraitində keçirilən görüşün sonunda jurnalistlərlə xatirə şəkili çəkilib.

Xatırladaq ki , Nigar Arpadarai eyni zamanda Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında fəallığı ilə seçilən millət vəkillərimizdəndir. O , eyni zamanda 2015-2020 Formula 1 Azərbaycan Qran-Prisinin Marketing və kommunikasiyalar şöbəsinin rəhbəri və milli mətbuat katibi kimi də uğurlu fəaliyyət göstərib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button