Cəmiyyət

Media nümayəndələri arasında müsabiqə elan edilir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan ailə modelinin gənc nəslə təbliği adlı layihə həyata keçirilir.

Layihə çərçivəsində mətbuat nümayəndələri arasında “Müasir dövrdə ailə institutumuzu necə qorumalıyıq?” adlı məqalə müsabiqəsi elan edilir!

Müsabiqənin şərtləri və tələblər:
– Məqalə sadə dildə və əhatəli olmalıdır, real nümunə əsasında yazılan məqalə əlavə üstünlük qazanır.

– Müsabiqə elan olunduqdan sonra elektron internet portallarında dərc edilməlidir;
– Məqalənin həcmi 6000 (altı min) işarədən artıq olmamalıdır;

– Məqalənin formatı 1,5 aralıq məsafə ilə təxminən 1-2 A4 vərəq həcmində olmalıdır;
– Elektron portalda dərc ediləndən sonra link əlavə edilərək göstərilən emailə təqdim edilməlidir.

Veb saytı olan qəzetlərdə də dərc edilə bilər.
– Eyni bal toplayan yazılar arasında real sayğaca əsasən daha çox oxunmuş olanlar və sosial şəbəkələrdə daha çox paylaşılanlar üstünlük qazanacaq

Mükafat:

I yer- Diplom və müxtəlif hədiyyələr
II yer – Diplom və müxtəlif hədiyyələr
III yer – Diplom və müxtəlif hədiyyələr
2 həvəsləndirici yer – Sertifikat və müxtəlif hədiyyələr

Müsabiqənin müddəti: 01 mart – 15 mart 2023-cü il

Əlaqə vasitələri:

Tel: (055) 770-71-71

E-mail: eminmq@gmail.com

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button