Cəmiyyət

Gənc iş adamı və xeyriyyəçi medalla təltif edilib- FOTOLAR

Vətənpərvərlik fəaliyyəti ilə seçilən gənc iş adamı, xeyriyyəçi və ictimai fəal Vüsal Nərimanov Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyin İdarə Heyətinin 19.06.2020-ci il tarixli qərarı ilə “Vətənpərvərlik işində xidmətlərinə görə” medalla təltif edilib. SİA-ya daxil olan məlumata görə, V.Nərimanov gənc olmasına baxmayaraq, öz vəaliyyətində vətənpərvərlik təbliğatında, ön xəttdə xidmət edən əsgər və zabitlərə mənəvi dəstəyi, Qarabağ qazilərinin müalicəsində göstərdiyi xidmətlər, şəhid ailələrinin yanında olaraq, onlara hər cür qayğı göstərməsi göz önündədir. Eyni zamanda onun maraqlı cəhətlərindən biri də budur ki, o göstərdiyi qayğını, etdiyi yardımları çox zaman təbliğ etmir. Öz fikri ilə qeyd etsək, bunu Vətən qarşısında vicdan və şərəf borcu hesab edir.

O, həmçinin ön xəttə xidmət edən əsgərlərə mənəvi dəstək və onların asudə vaxtının səmərəli təşkili missiyasını üzərinə götürmüş Müdafiə Nazirliyi ilə birgə keçirilən “Əsgərə Xatirə Kitabı” layihəsinin də fəal iştirakçısıdır. Bu layihə çərçivəsində dəfələrlə ön xəttə səfər etmiş, qazilərə, şəhid ailələrinə bayram sovqatlarının çatdırılmasında maddi və mənəvi yardımlarda bulunmuşdu. Hətta ötən il 12 yaşlı məktəbli oğlunu bu layihə çərçivəsində ön xəttə əsgərlərlə görüşə apararaq, vətənpərvərlik hisslərini ona aşılayıb. O, hesab edir ki, bütün valideynlər öz övladlarını məhz bu ruhda böyütməlidir.

Qeyd edək ki, V.Nərimanov “Əsgərə Xatirə Kitabı”nın layihə rəhbəri tanınmış tehsil eksperti, ictimai fəal Nuranə xanım Şixəliyevanın təşkilatçılığı ilə 26 iyun Silahlı Qüvvələrimizin yaranma günü münasibəti ilə video-görüşdə də iştirak edəcək. Amalı, niyyəti yalnız Vətənə xidmət olan Vüsal Nərimanovu vətənpərvərlik fəaliyyətinə verilən qiymətə görə təbrik edir, ona gələcək fəaliyyətində yeni-yeni uğur arzu edirik.sia.az

Rövşən

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button