Ölkə

İşıq sarıdan korluq çəkən Xaçmaz sakinləri – VİDEO

Xaçmazın Həsənqala kəndində əksər elektrik dirəkləri 1960-cı illərdə basdırılıb. İllər keçdikcə bu ağac dayaqlar çürüyüb və istismar müddətini başa vurub.

Bir çox dirəklər aşma təhlükəsi ilə üz-üzə qalıb. Xüsusilə küləkli havalarda elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Bu da nəticədə 2 minə yaxın əhalisi olan kəndin elektrik enerjisi ilə təmin olunmasında problemə çevrilib.

Amma artıq son günlər Həsənqala kəndində elektrik təsərrüfatının yenilənməsi istiqamətində işlərə başlanılıb. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatı Sevil Mikayılova və “Azərişıq” ASC sədrinin baş müşaviri Toğrul Rəhimov Həsənqala kəndində aparılan yenidənqurma işləri ilə tanış olub.

“Yeni kəndlər” layihəsi çərçivəsində “Azərişıq” ASC tərəfindən Xaçmaz rayonunda görüləcək işlər barədə məlumat verilib.

Ümumilikdə son bir ildə 5 kənddə köhnə transformator məntəqələri, yararsız kabellər, çürümüş ağac dayaqlar və sayğaclar yeniləri ilə əvəz olunub. İlin sonunadək Xaçmazda ilkin mərhələdə 25 yaşayış məntəqəsində elektrik təsərrüfatının yenilənməsi nəzərdə tutulub.

Daha ətraflı Baku TV-nin süjetində:

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button