Cəmiyyət

Erməni mahnısına və bayrağına sevgi bəsləyən müğənni paylaşdığı videonu niyə sildi-VİDEO

Instagram hesabında erməni mahnısı oxuyub paylaşım edən Azərbaycanlı müğənni Luna Əliyeva ona rəy yazan erməni qadına erməni bayrağı şəkli göndərməkdən də çəkinməyib.

Azərbaycanın igid oğullarının şəhid olduğu bir vaxtda erməni bayrağına və mahnısına sevgi bəsləyən müğənni paylaşdığı videodan sonra onu tənqid edən izləyicilərə erməni mahnısı oxumuşam, əcəb etmişəm, yenidən oxuyaram deyib.

Bakıda Orduya dəstək aksiyasında iştirak edən və orada şüarlar səsləndirən, erməni sevdalı müğənninin bu cür paylaşımıyla mövqeyini tam anlaya bilmədik.

Saxta vətənpərvərlik nümunəsi göstərən, düşmənə sevgi bəsləyən və onu açıq-aşkar təbliğ edən bu müğənni haqqında hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı, əgər ağıl dəngəsi yerində deyilsə aidiyyəti üzrə müalicəyə göndərilməlidir.
Ümidvarıq ki, əlaqədar dairələr bununla bağlı tədbir görəcəklər.

Zahir
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button