Gündəm

Baş nazirin müavini: “Ermənistanın verdiyi mina xəritələrinin dəqiqliyi 20 faizdən azdır”

Qarabağın bərpası, "yaşıl" texnologiyalar əsasında infrastrukturun yaradılması üzrə işlər çoxlu sayda minaların olması ilə əlaqədar ləngiyir

Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqliyi 20 faizdən azdır.
Trend-in məlumatına görə, bunu bu gün baş nazirin müavini Şahin Mustafayev Bakıda “Rusiya-Azərbaycan münasibətlərinin inteqrasiya prosesləri kontekstində müasir vəziyyəti və perspektivləri” adlı konfrans zamanı deyib.
“Qarabağın bərpası, “yaşıl” texnologiyalar əsasında infrastrukturun yaradılması üzrə işlər davam edir. İşlər çoxlu sayda minaların olması ilə əlaqədar ləngiyir. Minalardan təmizlənmə prosesi fəal şəkildə davam edir. Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqliyi 20 faizdən azdır”, – deyə Ş.Mustafayev bildirib.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button