Ölkə

“Reanimasiyalarda çarpayıların doluluq faizi yüksəkdir”-Ramin Bayramlı

“Biz əlavə 10 min çarpayı fondu hazırlamağı düşünürük. Hazırda çarpayıların doluluq faizində aşağı enmə var. Bu, Bakıda 35, regionlarda 20 faizdir”.”Qafqazinfo” xəbər verir ki, bu sözləri TƏBİB-in sədri Ramin Bayramlı Abşeron İdman Olimpiya Kompleksinin modul tipli xəstəxanaya çevirilməsi üçün təşkil olunan açılış mərasimindən sonra deyib. O bildirib ki, reanimasiyalarda isə vəziyyət ağır olaraq qalır və çarpayıların əksəriyyəti dolu vəziyyətdədir:

“Reanimasiyalarda çarpayıların doluluq faizi yüksəkdir, dünya ölkələrində də belədir.

Hazırda vəziyyət elədir ki, biz xəstəliyin hansı halda insanlara hansı zərər verəcəyini bilirik. Bəzən 7-8 gündən sonra insanlar evə buraxılır. Bu, həmin insanların durumundan asılı olaraq dəyişir”.

Analoq.az

Daha çox
Back to top button
Close