Cəmiyyət

Nazir texniki səhvə görə 190 manat ala bilməyənlərdən danışdı

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 190 manatlıq birdəfəlik yardım üçün qeydiyyatdan keçərkən texniki səhvə yol verdiyinə görə imtina alan, lakin real olaraq bu yardımı alacaq şəxslərin kateqoriyasına daxil olan şəxslərin təkrar müraciət etməsinin mümkün olub-olmaması haqda danışıb. 

Analoq.az-ın verdiyi məlumata görə, nazir bildirib ki, bu gün yenidən müraciətlərə başlanılsa, manipulyasiya edilə bilər və hər kəs faktiki yaşayış ünvanı kimi Bakını qeyd edə bilər: “Biz qeydiyyat ünvanını yoxlaya bilirik, amma faktiki yaşayış ünvanını yoxlaya bilmirik. İndi təkrar müraciət açılsa və hər kəs yaşayış ünvanı kimi Bakını qeyd etsə, necə olacaq? Həmçinin, son 3 ayın gəlirləri barədə bəyənnamələr hələ verilməyib. Biz müraciət edən şəxslərin gəlirlərini yoxlaya bilməyəcəyik ki, bu şəxs aztəminatlı kriteriyalara uyğun gəlir ya yox.

Həmçinin, həqiqətən aztəminatlı olan şəxslərə ictimai işlər təklif edirik”. 

Daha çox
Back to top button
Close