Ölkə

Bakı metrosu sentyabrın 15-dək işləməyəcək

Bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 3 iyul tarixli 236 nömrəli qərarında əksini tapıb.

Qərara əsasən, Bakı Metropoliteninin sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı bənddə “31 avqust” sözləri “15 sentyabr” sözləri ilə əvəz edilib. Başqa sözlə, Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci il 15 sentyabr saat 06:00-dək dayandırılır.

Analoq.az

Daha çox
Maraqlı ola bilər
Close
Back to top button
Close