Kriminal

Əvvəllər məhkum olunmuş şəxsin “Hyundai” avtomobilində xeyli narkotik maddə tapılıb

Maşından 6 kiloqram 470 qram marixuana, 2 kiloqram 450 qram heroin, 400 ədəd metadon, 180 ədəd pregabalin həbləri aşkar edilərək götürülüb

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında birgə əməliyyat-axtarış tədbiri keçirib. Səbail rayonu ərazisində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunan R.Babayevdən 60 qram heroin, idarə etdiyi “Hyundai” markalı avtomobildən 6 kiloqram 470 qram marixuana, 2 kiloqram 450 qram heroin, 400 ədəd metadon, 180 ədəd pregabalin həbləri, onunla birgə olan paytaxt sakini S.Təhməzovdan isə 30 qram heroin aşkar edilərək götürülüb.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button