Kateqoriyasız

Ramiz Mehdiyevi müdafiə edən Nəsiminin başçısı vəzifəsini itirəcəkmi?

AMEA prezidenti Ramiz Mehdiyevin karantin qaydalarını pozaraq təşkil etdiyi nəvəsinin toyunda iştirak edənlərin adları bir-bir üzə çıxır.Analoq.az-ın reportyor.info-ya istinadən verdiyi məlumata görə, qalmaqallı toyda paytaxtın Nəsimi rayon icra başçısı Asif Əsgərovun da iştirak etdiyi bilinib.

Bu haqda Avropada yaşayan jurnalist-blogger Həbib Müntəzir xəbər yayıb və A.Əsgərovun da qanunu, prezidenti saymayaraq R.Mehdiyevin nəvəsinin toyuna getdiyi məlum olub.

Belə görünür ki, icra başçısı üçün prezidentdən və qanundan daha ali, daha üstün Ramiz Mehdiyevdir. Elə olmasaydı, karantin vaxtı prezidentə və qanunlara hörmətsizlik edib toya getməzdi.

A.Əsgərovu R.Mehdiyevlə hansı sıx tellər bağladığı məlum olmasa da, münasibətlərinin yüksək səviyyədə dayandığı aşkardır. Əks halda icra başçısı keçmiş PA rəhbərinin şad gününə getməzdi.

İddialara görə, AMEA prezidentinin nəvəsinin toyunda iştirak edənlərin siyahısı siyasi rəbərliyə təqdim olunub. Həmin dosyedə adı keçən məmurlardan biri də Nəsimi rayon icra başçısıdır.

Dövlət rəhbərinin əlindəki arayış əsasında idarəetmədə kadr dyəişikliklərinin davamı gözləniləndir. Bu faktın özü A.Əsgərovun gedişini şərtləndirir və sürətləndirir.

Çünki icra başçısı üçün Mehdiyev büt və əvəzolunmaz şəxsiyyət kimidir. İstisna deyil ki, A.Əsgərovun karyera yüksəlişində də Mehdiyevin böyük rolu, himayəsi olub.

Ona görə Bakının mərkəzi rayonlarının başçısı vəzifəsini daşıyıb, avtoqəzada adam öldürən oğlunu həbsdən azad etdirib, mal-mülk, biznes kəhkəşanı hüdudsuzdur. Gələn xəbərlərdə iddia edilir ki, bu məsələnin ictimailəşməsi A.Əsgərovun vəziyyətini ağırlaşdırıb, özü təlaş və təşviş içindədir.

Nəsimi İH başçısı gözləyir ki, bu gün-sabah sərəncamı veriləcək, vəzifəsindən uzaqlaşdırılacaq. Onun fəaliyyətini davam etdirməsi üçün heç bir əsas qalmayıb. Qanunlara riayət etməyə çağıran icra başçısı özü şəxsiyyəti konstitusiyadan üstün sayırsa, onun yeri tarixin arxivi olmaldır.

Çünki aylardır hökumət, həkimlər xalqa çağırış edir, “Evdə qal” deyir, toy-yas qadağan edilib, bölgələrə gediş-gəliş bağlanıb, virusun yayılması yenidən artır, Operativ Qərargah, TƏBİB, virusoloqlar, dövlə rəsmiləri yeganə yol sosial təcrid, maska taxmaq olduğunu söyləyir, amma icra başçısı sıx toplaşmanın olduğunu yerdən biri – toy mərasiminə gedir.

Başqa bir fakta diqqət çəkək: bir müddət əvvəl Nəsimi rayon icra başçısı marketlərdən birinə daxil olur, ağzında maska var, karantinə nec əməl edildiyini yoxlayır, cəmiyyətə bir məmur kimi ağzındakı maska ilə guya nümunə olmaq fikrindədir, di gəl Ramiz Mehdiyevin nəvəsinin toyuna getməklə qanunları tapdalayır…

Qeyd edək ki, Əsgərov Asif Yunis oğlu 1966-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.

Analoq.az

Daha çox
Back to top button
Close