Siyasət

Ermənistan bu şərtlərin heç birinə əməl etmir” – Hikmət Hacıyev

Ermənistan yenidən qoşun toplayaraq Azərbaycana qarşı hücumlara keçir: “Ermənistan münaqişəni getdikcə daha da gərginləşdirir. Artıq bu gün də Ermənistanın Azərbaycanın şəhərlərini atəşə tutması nəticəsində infrastruktura ciddi ziyan dəyib, həlak olan və yaralananlar var.
Ermənistan Azərbaycanın mülki əhalisini qətlə yetirməkdə davam edir. Azərbaycan bütün bunların qarşısını almaq üçün tədbirlər görmək məcburiyyətində qalır.

Azərbaycan münaqişənin sülh yolu ilə həllinə hazırdır: “Ancaq görünən odur ki, Ermənistan Moskva danışıqlarını pozaraq münaqişəni gərginləşdirir. Moskva Bəyannaməsində qeyd olunub ki, münaqişə sülh yolu ilə baza prinsipləri əsasında həll edilməlidir.

Ermənistan bu şərtlərin heç birinə əməl etmir, təxribatlarını davam etdirir”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button