ÖlkəQarabağ

“Düzlərdə qalan dığa idin,indi kişi olmusan”-AZƏRBAYCANDA YAŞAYAN ERMƏNİ QADIN

“Xəzər Tv” erməni əsilli Azərbaycan vətəndaşı Alvina Marqusyanın evindən reportaj hazırlayıb.Analoq.az xəbər verir ki, o, ölkəmizin Qarabağ uğrunda haqlı savaşını dəstəklədiyini bildirib.

Marqusyan Azərbaycanın bu yolda qalib gələcəyinə inandığını deyib: “Azərbaycanın heç kəsin torpağında gözü yoxdur. Bu ölkənin 3 rəngli bayrağı Qarabağın hər yerində dalğalanacaq”.

O, erməni xalqını Nikol Paşinyanın hiyləsinə uymamağa çağırıb: “Mən 60 ildir ki, burda yaşayıram və öz torpağımdır. Allah əsgərlərimizin canını sağ eləsin. Bizim əsgərlərimizə gələn bəla qoy erməni əsgərinə getsin. Paşinyan da gözəl bilir ki, ölkə başçımız da, ordumuz da onlara bir qarış torpaq verməz”,

Marqusyan erməni ordusunun dinc sakinləri hədəf almasını acizlik kimi dəyərləndirib: “O, özünü düşünsə, kasıbları düşünsə, ordunu çıxarıb sülh edər. Paşinyan Hitlerdir. Eşq olsun Azərbaycan ordusuna və Prezidentimizə”unikal.org

Analoq.az

View this post on Instagram

"Düzlərdə qalan dığa idin,indi kişi olmusan"-AZƏRBAYCANDA YAŞAYAN ERMƏNİ QADIN

A post shared by analoq az xəbər agentliyi (@analoq_az) on

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button