Ölkə

Hikmət Hacıyev: “Ermənistanın müharibə cinayətləri törətmiş rəhbərliyini bir daha xəbərdar edirik”

“Xankəndinin bombalanması barədə Ermənistan tərəfinin iddiaları yalandır və böhtandır. Ermənistanın bu kimi yalanları Xankəndidə olan beynəlxalq jurnalistlər tərəfindən də ifşa olunur. Hazırda Ermənistan və kriminal xuntanın nümayəndələri tərəfindən Azərbaycanın şəhərlərinin vurulması barədə iddialar səslənir. Bu döyüş meydanında Ermənistanın məğlubiyyəti və acizliyinin göstəricisidir. Gəncə şəhərinə atdıqları raketdən  sonra döyüş meydanında Ermənistan silahlı qüvvələrinə vurulmuş zərbədən hələ özlərinə gələ bilməyiblər. Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bəyan edildiyi kimi əgər onlar bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə, onlara döyüş meydanında daha da sərt şəkildə cavab veriləcəkdir. Bu xüsusda, Ermənistanın müharibə cinayətləri törətmiş rəhbərliyini bir daha xəbərdar edirik”lent.az

Analoq.az

Daha çox
Back to top button
Close