Dünya

Putin ağır xəstəlikdən əziyyət çəkir, prezident dəyişəcək

Şəxsi həyatı və ailəsi ilə bağlı məqamları gizli saxlayan Rusiya prezidenti Vladimir Putinlə bağlı təəccüblü iddia ortaya atılıb.

Analoq.az xəbər verir ki, uzun müddətdir parkinson xəstəliyi ilə mübarizə apardığı bildirilən Putinin 2021-ci ilin yanvar ayında vəzifədən gedəcəyi iddia edilib. Dövlət başçısının yerinə keçəcək şəxsin kimliyinin növbəti günlərdə açıqlanacağı, özünün isə ömür boyu senator olmasını təmin edəcək qanun layihəsinin hazır olduğu qeyd olunub.

Lakin Kremlin sözçüsü Dmitri Peskov İngilis qəzetinin ortaya atdığı iddiaları təkzib edib.

Məlumat üçün bildirək ki, Putinin prezidentlik müddəti 2024-cü ildə bitməli olsa da, o, konstitusiyada edilən dəyişiklik nəticəsində 2036-cı ilə qədər hakimiyyətdə qalacaq.MediaPost.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button