Ölkə

Çayxanaya gedənlər cərimələndi

Şəkidə xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.DİN-dən verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Bideyiz kəndi ərazisində yerləşən çayxananın qanunsuz olaraq gizli fəaliyyət göstərdiyi məlum olub.

Obyektə baxış zamanı orada olan 20-yə yaxın müştərinin və icarədarın sərtləşdirilmiş karantin rejimi qaydalarını pozduqları müəyyən edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button