Qarabağ

Azərbaycan Ermənistan sərhədində demarkasiyaya başladıldı!

Azərbaycan, Rusiya və Ermənistan Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycan-Ermənistan sərhədində xüsusi vasitələrdən (GPS) istifadə edərək demarkasiya işlərinə başlayıblar.

Nazirliyin məlumatında deyilir ki, demarkasiya işləri Azərbaycanın Kəlbəcər rayonunda yerləşən Zod mədəninin ərazisində aparılır:
“Sərhədlərin tam və dəqiq şəkildə müəyyənləşdirilməsi sərhədin bu və ya digər hissəsinin mülkiyyəti ilə bağlı mübahisələrin və mümkün təxribatların aradan qaldırılması üçün son dərəcə vacibdir”.

Demarkasiya nədir?

1) hərbidə: döyüşən dövlətlərin qoşunlarını müvəqqəti barışıq zamanında sülh müqaviləsi, yaxud hər hansı sazişlə daimi sərhədlər müəyyənləşənə qədər ayıran xətt (zolaq);

2) məğlub olmuş dövlətin ərazisini işğal zonalarına ayıran xətt;

3) qonşu dövlətlər arasında mübahisə obyekti olan ərazidə müvəqqəti müəyyənləşdirilən xətt (zolaq). Demarkasiya xətti döyüşən tərəflər arasında, işğal edən, yaxud münaqişə aparan dövlətlər arasında xüsusi sazişlə müəyyənləşir;

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button