Qarabağ

“Heydər Əliyev İli” ilə əlaqədar hazırlanacaq poçt markaları nə vaxt dövriyyəyə buraxılacaq?

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş poçt markalarının və xatirə nişanlarının buraxılması tədbiri əksini tapıb.

“Azərpoçt” MMC-dən verilən məlumata görə, Tədbirlər Planına uyğun olaraq, Ulu Öndərə həsr olunmuş markanın 2023-cü ilin mart-may ayları ərzində hazırlanaraq dövriyyəyə buraxılması nəzərdə tutulur.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button