Ölkə

Bəzi yerlərdə şimşək çaxıb, leysan xarakterli yağış yağıb – FAKTİKİ HAVA

İyunun 16-sı saat 18:00-a olan məlumatına əsasən Daşkəsən, Göygöl, Altıağac, Quba, Xınalıq, Qrız, Şahdağ, Neftçalada və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.Bu barədə “Report”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, saat 14:20 radələrində Göygöl rayonu ərazisindən axan Kürəkçaydan sel keçib.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 15-20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.8 metrə çatıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button