Dünya

Türkiyə sərhədində gərginlik artır – ABŞ-a məxsus hərbi gəmi Yunanıstan sahilinə gəldi-VİDEO

ABŞ-a məxsus “ARC Independence” hərbi-nəqliyyat gəmisi Yunanıstanın Aleksandrupoli limanına gəlib.Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, hərbi-nəqliyyat gəmisində “Atlantic Resolve” hərbi təliminə dəstək üçün çoxlu sayda helikopter və hərbi maşın gətirilib.

Eyni zamanda Türkiyədən cəmi 40 km uzaqlıqdakı Aleksandrupolis limanına gələn bu gəmi tək nəqliyyat gəmisi deyil. Yaxın günlərdə daha bir neçə gəminin də gələcəyi açıqlanıb.

Önümüzdəki günlərdə yüklərini limana boşaltması gözlənilən gəminin daha sonra bölgədən ABŞ-a daşınacaq avtomobilləri və Rumıniyadan gələn helikopterlərini yükləyəcəyi qeyd olunub.

“ARC Independence” adlı gəminin ABŞ Hərbi Qüvvələrinin maşınlarını və şəxsi heyətini gətirməsi üçün təlimatlandırıldığı da bildirilib. Qarşıdakı günlərdə gələcək gəmilərin isə silah-sursat gətirəcəyi bildirilib.

ABŞ-ın Yunanıstandakı hərbi varlığı artarkən, “ABŞ-Yunanıstan Müqaviləsinə və Aleksandrupolidəki Bazaya Qarşı Mübarizə Komitəsi” Aleksandrupolidə keçirdikləri tədbirdə Yunanıstan və ABŞ-ın son hərbi yaxınlaşmasına reaksiyalarını bildiriblər.

Yunan mətbuatında yer alan xəbərdə ətraf əyalətlərin də iştirakı ilə Aleksandrupoli teatr salonunda toplanan yüzlərlə insanın bölgənin ABŞ və NATO-nun istifadəsinə açılmasına etiraz etdiyi qeyd edilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button