Siyasət

“Hərbi əməliyyatlar dayandırlmalı, “Lavrov planı” realizə edilməli idi” FAKT

“Oktyabrın 19-da Ermənistan təhlükəsizlik şurasının iclasında silahlı qüvvələrin baş qərargah rəisi mövcud vəziyyəti və ondan gələn perspektivi dəqiq şəkildə təqdim edərkən, ölkənin faktiki məğlubiyyətə doğru getdiyini bildirib. Təklif olmuşdu ki, hərbi əməliyyatlar dayandırılsın. David Tonoyan da həmin fikirdə idi”. SİA xəbər verir ki, bu barədə “Kanal-5″-ə Ermənistanın milli təhlükəsizlik xidmətinin sabiq direktoru vəzifəsini icra etmiş Mikael Ambarsumyan danışıb.

O, qeyd edib ki, iclasda parlamentin müxalifətdən olan təmsilçiləri iştirak ediblər, müzakirələr aparılıb, ancaq müharibənin dayandırılması ilə bağlı qərar qəbul edilməyib.

“Daha sonra Rusiya Federasiyasının prezidentinin sözlərindən və informasiyalardan, eləcə də digər mənbələrdən məlum oldu ki, 2020-ci ilin 19 oktyabrında Rusiya tərəfindən belə bir təklif olub. Maddələr üzrə konkrert təkliflər, yəni faktiki olaraq “Lavrov planı” realizə edilməliydi”, deyən Ambarsumyan əlavə edib ki, təkliflərin ən əhəmiyyətlisi Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi idi. Onun sözlərinə görə, məhz həmin vaxt Rusiyanın təkliflərinin nəyə görə qəbul edilmədiyini anlamayıb və inandırıb ki, RF tərəfindən Ermənistanın təhlükəsizlik şurasına belə bir rəsmi təklifi gəlməyib.

“Mən noyabrın 8-də istefa verdim, amma 7 noyabr vəziyyətinə görə bundan (Rusiyanın rəsmi şəkildə təklif edib-etməməsindən-R.R.) xəbərim yox idi”, deyə Ambarsumyan müsahibəsində bildirib.sia.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button