Ölkə

Tanınmış yazar Vüqar Səfərlinin həbsinə belə münasibət bildirdi-

Tanınmış ilahiyyatçı, yazıçı-publisist Tural İrfan bu gün həbs edilən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfərli haqqında sosial şəbəkələrdə paylaşım edib.

Ölkə başçısı prezident İlham Əliyevin sərəncaçı ilə jurnalistlərin sosial mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikilən binada ev növbəsi üçün dəfələrlə müraciət etsə də müraciəti cavabsız qalıb.

Analoq.az Tural İrfanın yazdığı statusu olduğu kimi təqdim edir:

Vüqar Səfərli, bu mənim yaşadığım otaqdır. Nəmdən, rütubətdən belədir. Ciyərlərimiz də belədir… Hərçənd ki, bu otaq da şəxsi özümün deyil…


Dədəm dədəndən artıqdır, özüm də özündən. Dədəm Qara Sadıqın 50 il peşəkar jurnalistika fəaliyyəti olub, müstəqillik illərində də milli jurnalistikanın formalaşmasında iz qoyub.

O da bu otaqda dünyasını dəyişdi. Özüm də 25 ildir istər qəzetdə, istər digər mətbuat sahəsində canım-qanım bahasına zülm çəkirəm.

İki qəzet təsisçisi, Azərbaycan Jurnalistlər Birliyinin və Yazıçılar Birliyinin üzvüyəm…8 kitab, iki sənədli roman müəllifiyəm. Bir at damım da yoxdur ki, yazılarım islanmasın deyə ora yığım kağız-kuğuzlarımı…

Sən isə ruşvətlə, tapşırıqla, əksəriyyəti evi olan adamlara,katibələrə, komputer operatorlarına jurnalist adı altında ev verdin. Hələ bu azmış kimi bəzi harın adamların “adamına” da qəzet vəsiqəsi düzəldib ev verdin. Qiyamətə qədər əlim yaxanızda olacaq. Sənin və sənin yandaşlarının!

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button