Gündəm

Azərbaycan gənclərinə yaraşan hərəkət-Bu gün 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Gənc Politoloqlar Təşkilatının sədri və İdarə heyətinin üzvləri Şəhidlər Xiyabanını ziyarət edib.

Bu gün 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Gənc Politoloqlar Təşkilatının sədri və İdarə heyətinin üzvləri Şəhidlər Xiyabanını ziyarət etdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi(həmçinin Siyasi Şərhçi) Elman Vəliyevin sədrliyi ilə Ağazadə Kəmaləxanım, Vüsal Hüseynov, Aysel Dadaşova və Reyhan Bayramovanın təşəbbüsü nəticəsində yaradılmış bu təşkilat qısa zamanda yaranmasına baxmayaraq bir çox faydalı, önəmli layihələr keçirib və keçirməyə davam edir. 200-dən çox üzvü olan təşkilat demək olar ki, hər universitetdən formata uyğun savadlı gəncləri özündə birləşdirir. Təşkilatın əsas qayəsi savadlı gəncləri bir araya yığmaq, uğura doğru birlikdə addımlamaq, savadlı gənclərin dövlət strukturlarında yer almasına çalışmaq, dövlət və dövlətçiliyi qoruyub, gələcək nəsillərə miras buraxmaqdır.

??Cənab Prezidentin də dediyi kimi gənclər Azərbaycan dövlətinin gələcək varisləridir. Bu varislərdən biri də GPT(Gənc Politoloqlar Təşkilatı) ailəsidir..

Analoq.az

 

 

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button