Siyasət

NATO Rusiyanı 3 ölkədən qoşunları çıxarmağa ÇAĞIRDI

NATO Rusiyanı Ukrayna, Gürcüstan və Moldovadan qoşunlarını çıxarmağa çağırır.

Analoq.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Alyans Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı tələbələrinə yazılı cavab hazırlayıb.

Baş katib qeyd edib ki, NATO heç bir ölkənin, o cümlədən Ukraynanın alyansa qoşulmaq hüququ ilə bağlı Rusiyaya güzəştə getməyəcək.

“NATO “açıq qapı” prinsipindən əl çəkməyəcək”, – deyə o qeyd edib/Modern.az

Analoq.az ğ

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button