Ölkə

Onlar da həbs oluna bilər?-SON DƏQİQƏ

Azərbaycanda müxtəlif sahələrdə islahatlar, korrupsiyaya qarşı mübarizə tədbirlərinin aparılması geniş vüsət alıb. Yüksək dövlət vəzifəsi tutmuş bir çox məmurların qanunsuz əməlləri, korrupsiya cinayətləri də yenidən gündəmdədir. Səlim Müslümovun həbsi yalnız indi yüksək vəzifə başında olanların yox, sabiq məmurların fəaliyyətinin diqqət mərkəzində olduğu, onların əməllərinin də təftiş olunduğunu göstərir.Unikal.org xəbər verir ki, xalq arasında “vurulmuş məmurlar”, “köhnə oliqarxlar” kimi adlandırılan bəzi sabiq vəzifəli şəxslərin də həbs təhlükəsi yaranıb.

Güman edilir ki, dövlət büdcəsindən külli miqdarda vəsait mənimsənildiyi deyilən bu məmurların fəaliyyəti də araşdırılacaq. “Qaçqınkom”un sabiq sədri Əli Həsənov, eks kənd təsərrüfatı nazirləri İsmət Abbasov, Heydər Əsədov, keçmiş əmək və əhalinin müdafiəsi naziri Füzuli Ələkbərov, keçmiş nəqliyyat naziri Ziya Məmmədov, Azərenerjinin sabiq rəhbəri Etibar Piriverdiyevin adları da hallanır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button