AktualSiyasət

Jurnalistdən #Xankəndiyəgedirəm haştaq kampaniyası!

#Xankəndiyəgedirəm!

Bilirsiniz nə düşünürəm? O günləri Laçın dəhlizinin girişində, Xankəndiyə gedən yolda rus sülhMƏRAMSIZLARININ sarıqulaqları ilə hürkə-hürkə, hıqqana-hıqqana danışan, verdikləri boş-boş sualları ilə özlərini “yad torpaqda” olduqları kimi göstərən jurnalistlərimizin davranışlarını.

Mənə hələ də maraqlıdır, belə bir ciddi, məsuliyyətli və kifayət qədər cürət tələb edən missiyaya belə jurnalistləri göndərmək hansı işə yaradı? Hansısa üstünlükmü əldə olundu? Bir rus sarıqulaq sülhMƏRAMSIZI avtomatı ilə hədə gələndə ona layiqli cavab verən niyə tapılmadı? Nəyə görə o sarıqulaq gədənin cavabı sərt və kəskin şəkildə verilmədi? Nə vaxta qədər belə məsuliyyət tələb edən missiyalara hürkək jurnalistləri göndərəcəksiniz???!!!

Belə halları gördükcə, uzun illər məni həyata bağlayan və çox sevdiyim jurnalistika sahəsini atmaq haqqında daha çox düşünməyə başlayıram. Təsəvvür edin, sənin Vətənində xarici ölkənin hərbçisi sənə hədə-qorxu gəlir, sözün əsl mənasında silah yelləyir, sənə öz doğma torpağında “Azərbaycan tərəfə keçin” tələb edir, sən də ona layiq olduğu cavabı vermirsən… Mən hələ kənarda dayanan separatçı erməni “polislərinin” Azərbaycan jurnalistlərinə kənardan qımışıa-qımışa baxmalarına toxunmuram…

P.S. Olaraq əlavə etmək istədiyim daha bir məqam: ötən dəfəkindən fərqli olaraq dekabrın 7-də, yəni bu gün əvvəlki hadisədən fərqli olaraq jurnalistlərimiz fərqli davrandılar. Düzdür, RSK-nın sarıqulaqları yenə də öz torpağımızda maneələr yaratmalarına da ən azından onlara müqavimət göstərildi. Lakin bununla da kifayətlənmək olmaz. Artıq buz yerindən tərpənib və #Xankəndiyəgedirəm haştaqı ilə fəaliyyətə keçmək lazımdır. Bütün həmkarlarımı da buna çağırıram. Qoy bu dəfə tarixi jurnalistlər yazsınlar.

Hələlik isə qəzəbimdən, əsəbimdən, hirsimdən qaynayan qanım damarlarımı partladır!

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button