Siyasət

“ABŞ prezidenti Parkinson xəstəsidir – Əsən əli ilə nüvə düyməsini basacaq?..”

“ABŞ Prezidenti Co Baydenin Vladimir Putinə qarşı ittihamları, bütün Yer kürəsinin sakinlərinin üzünə deyilən yalan kimi absurd səslənir. Çünki planetin yarısını qanına bələyən məhz Amerika özüdür”.

Analoq.az xəbər verir bu sözləri Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski söyləyib.

Bundan əvvəl ABŞ Prezidenti “ABC” telekanalına müsahibəsində ki, Rusiya Prezidenti Vladimir Putini “qatil” hesab etdiyini və onun 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkisinə müdaxiləyə görə cavab verəcəyini bildirib.

” Suriya, Əfqanıstan, Liviya hələ də tüstülənir, Şimali Koreya, Kuba və Venesuela aclıq payları hesabına yaşayır. Avropa isə Orta Şərqdəki Amerika müharibələrinin nəticələrini həzm edir. Hər il yüz minlərlə aclıq çəkən miqrantı qəbul edir, sonra da onlar Avropa şəhərlərinin qaranlıq küçələrində öz aqibətlərinin qisasını avropalılardan alır”- V.Jirinovski telegram- kanalında yazıb.

Beləliklə, hər şeyi öz adı ilə adlandırmağın vaxtı gəldi. Parkinsondan əziyyət çəkən və öz dilinə də nəzarət etməyən bir adamın rəhbərlik etdiyi ABŞ bizim düşmənimizdir. Bəlkə əsən əli ilə nüvə düyməsini basmaq istəyir? Biz buna imkan verə bilmərik” –deyə Rsuiya partiya lideri vurğulayıb.  Moderator.az

Analoq.az

 

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button