Siyasət

Bayden sağ göstərib sol vurur?..

Bayden seçki qabağı Türkiyəni əsas hədəf kimi göstərirdi. Əlbəttə, bu seçkidə üstünlük qazanmaq üçün istifadə edilən kartidi. Bu barədə Siyasi Şərhçi Elman Vəliyev Analoq.az-a müsahibəsində bildirib. 

Amma seçkidən sonra aşkar Rusiyanı hədəfə aldı. Mən Baydenin bu siyasətini çox da yüksək qiymətləndirmirəm. Rusiyadan əvvəl Əsas Çin və İran əsas hədəf olmalıyıdı. Əsas da Çin.

Bayden Türkiyə əleyhinə deyil leyhinə rəftar edir hələki. Avropa Birliyinin Türkiyə üzərinə sanksiya qoymamağı bildirir.

Elə bir mənzərə yaranıb ki, Rusiya ilə ABŞ münasibətləri gərgindi və iş orasıdı ki, hər iki tərəf bir-birinin əleyhinə Türkiyə ilə ittifaqı üstün tutur.

Baydenin Putini “qatil” adlandırması bıçağı sümüyə dirədi. Putin Baydeni online debata dəvət etdi. Bayden ola bilsin ki, bəzi nüanslara görə görüşməyə(Amerika, güya, masumdu ki? Neçə günahsızların qanında əli var və Kreml bunu yaxşı bilir)

ABŞ ilə Rusiya son zamanlarda ən gərgin dövrü yaşayır. Amma iki küsəyən uşaq kimi hərəkət edəcəklər(yəni real müharibə gözləmirəm)- bir-birinə daş atmaq, atmacalı sözlər demək, kimisə öyrətmək vəs.

Elə bir vaxt gələcək ən güclü dövlətlər Türkiyə, Çin, İsrail olacaq. Amma yəhudilər dünyaya hökm edə bilməyəcək. Türkiyə Avropa Birliyinə qəbul olacaq. Bu Türkiyəni daha da gücləndirəcək.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button