Gündəm

Milli Məclisin deputatı Musa Qasımlı ilə Gənc Politoloqlar Təşkilatının üzvləri arasında görüş keçirilib…

30 Mart tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA’nın müxbir üzvü Musa Qasımlı ilə “31 mart – Azərbaycanlıların soyqırımı” gününə həsr olunmuş online konfrans keçirilib. Musa Qasımlı bildirib ki, silahlı erməni-bolşevik birləşmələrinin 31 mart və 1-2 aprel tarixlərində azərbaycanlılara qarşı törətdikləri qırğınlar kütləvi xarakter daşıyıb, erməni dəstələri günahsız insanları amansızcasına qətlə yetiriblər. Görüş diskussiya formatında keçirilib. Təşkilatın üzvlərinin sualları cavablandırılıb.

Bundan əvvəl də GPT-Gənc Politoloqlar Təşkilatı bir çox mühüm görüşlər, layihələr həyata keçirib və keçirməyə davam edir..

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button