Siyasət

Zəngəzurun açarı Xankəndi və Laçına da düşür: İlham Əliyevin möhtəşəm şahmat partiyası

Tanınmış jurnalist Rövşən Rəsulov “Facebook” sosial şəbəkəsində Zəngəzur dəhliziylə bağlı maraqlı təhlil verib.Analoq.az həmin yazını olduğu kimi təqdim edir:

Dostlar, heç Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı sonuncu fikirlərinə diqqət yetirmisiniz? Əliyev həmin bəyanatında Ermənistanın əks addım atacağı halda “Biz Laçın dəhlizini bağlayacayıq” fikrini səsləndirmədi. Halbuki, bənzər situasiyada ilk ağlagələn bu olardı. Lakin O, bunu demədi.

Bəs nə dedi? Dedi ki, Ermənistan istəsə də, istəməsə də biz Zəngəzur dəhlizini açacağıq. Lazım olsa, güc yolu ilə Ermənistanı buna məcbur edəcəyik. Fərqi tutdunuzmu? Məqsəd birbaşa Türkiyəyə quru yolunu açmaqdır. Azərbaycanın tərkibində qalan ermənilərin birdəfəlik reinteqrasiyası isə qısa zaman məsələsidir.

Yəni Zəngəzur dəhlizinin açılması Laçın dəhlizinin bağlanmasından daha əhəmiyyətlidir. Çünki hazırda Azərbaycan maneəsiz şəkildə dünya okeanına çıxmaq uğrunda mübarizə aparır. Gürcüstanın vasitəsi olmadan!

Və təəccüblü deyil ki, Prezident Zəngəzur dəhlizinin reallaşmasının Türkiyənin razılığı və iştirakı olmadan mümkün ola bilməyəcəyini də bəyan edib. Baxmayaraq ki, Türkiyə üçtərəfli bəyanatda formal olaraq iştirakçı deyil, amma birbaşa bu işin içində mühüm yer alıb. Bu baxımdan, Türkiyənin gələcəkdə Zəngəzur dəhlizinin statusunun beynəlxalq səviyyədə möhkəmləndirilməsi addımlarından da təəccüb etməyə dəyməz. Əks halda, rəsmi Ankara İstanbul boğazından keçən beynəlxalq Montryö beynəlxalq sənədinin denonsasiyası, yəni ləğvi məsələsini qaldıra bilər. Rıçaq da məhz Türkiyənin əlindədir!

İndi isə Zəngəzur və Montryönü tərəzinin gözlərinə qoyaq: Putin üçün hansı məsələ daha vacibdir..?

Bax, burada bir daha aydın olur ki, bizim Prezident həqiqətın də MÜDRİKDİR!!!
Və burada hər hansı pafosu da axtarmağa ehtiyac yoxdur. Çünki Əliyev bütün partiyaları udmağa qadir qroysmesterdir. Baxın: Qarabağı mühasirəyə almaq, Şuşanı götürmək və Xankəndiyə doğru enmək, ta Kərkicahanın astanasına qədər. Son bir neçə gündə Qarabağdakı proseslər, erməni tərəfinin təlaşı da bu səbəbdəndir. Artıq Azərbaycanın üçrəngli bayrağı Xankəndidəki administrasiya binasının damından açıq şəkildə, binokolsuz görünür! İndi dünyanın diqqəti yenidən Qarabağa tərəf dikilib.
Klaviatura arxasında oturub, “Tam qələbəni əlimizdən aldılar” tipli populist çıxışlar edənlər bilməlidirlər ki, Əliyev şahmat lövhəsinin bir tərəfində partiyasını oynayaraq rəqibinin, eləcə də izləyicilərin diqqətini həmin oyuna tərəf cəlb edir. Lakin öz diqqətini həm də löhvənin digər tərəfinə də salır, hansı ki, əsas zəfər də o cinahdadır!

Dostlar, heç bilirsinizmi ki, ölü bir zonaya çevrilərən Xankəndi ilə müqayisədə dünya okeanına çıxış nə deməkdir? Özü də həmin Xankəndi ki, hər tərəfdən mühasirədədir və bizim yeni mövqelərimizdən şəhərə cəmi 2 kilometr qalır!

İndi kim-kimi tələyə salıb? Əgər düşünmədən, basqılara məhəl qoymadan Xankəndiyə ordu yeridilsəydi bu gün Zəngəzur dəhlizi ilə bağlı danışıqlar da olmayacaqdı. Məgər Putin İrəvanın istəyib-istəmıməsindən asılı olmayaraq bizimlə Zəngəzur dəhlizi, yaxud Mehri yolu məsələsini keflərindən müzakirə edir?

Artıq geriyə də atılacaq heç bir yolları qalmayıb qarşı tərəflərin. Bəyanatdan çəkilmək qeyri-mümkündür, imzalar atılıb! Xatırlayırsınızsa, Prezidentimiz üçtərəfli bəyanat imzalanarkən demişdi ki, həmin bəyanatdakı imza baş nazirin (Paşinyan) deyil, ölkənin (Ermənistanın) imzasıdır. Hətta sabah Paşinyan gedib, Koçaryan və s. yerinə keçsə belə, orada dövlət başçısının ölkəsi adından imzası var. O imzanın yanında isə daha bir imza – İrəvanın ağası olan Kremlin də qələmi yer alıb. Pozsalar, dərhal cavab alacaqlar. Yəni zor gücü ilə dünya okeanına yol açarıq!

Yox, əgər kənardan müdaxilələr olarsa, onda da Ankara Montryö sazişini xatırladaraq barmaq silkələyəcək. Bax, onda masaya tərəzinin gözləri qoyulacaq!
Bravo Cənab Prezident, ən möhtəşəm şahmat gedişini məhz Siz etdiniz və partiyanı qazandınız‼

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button