Ölkə

Elçin Quliyevdən sonra YENİ RƏİS BU GENERAL OLACAQ – ŞOK FAKTLAR

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev yaxın zamanlarda öz vəzifəsi ilə vidalaşacaq. Onun yerinə DSX rəisinin müavini, Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov təyin ediləcək.

Bu barədə Gununsesi.info-ya DSX-dakı mənbələrərdən informasiya daxil olub. Məlumata görə, bu təyinatla bağlı artıq Elçin Quliyevin özündə də bilgi var.Bir müddət əvvəl DSX-da keçirilən antikorrupsiya əməliyyatlarının istintaqı ilə bağlı araşdırmaların nəticəsi Elçin Quliyevin yola salınmasını qaçılmaz edib.

Faktiki olaraq DSX-ya rəhbərliyi Araz Məmmədov həyata keçirir.

Yeni hərbi hissələrin açılışından tutmuş, digər məsələlərin həllini ali rəhbərlik Araz Məmmədovla qərarlaşdırır. Saytımızı bilgiləndirən mənbə onu da deyib ki, DSX rəisi postuna Araz Məmmədovun müəyyən edilməsi təsadüf olmayıb. Belə ki, adıçəkilən xidmətdə Elçin Quliyevlə uzun müddət konfliktdə olan şəxs məhz Araz Məmmədov olub.

Hətta onun general-leytenant rütbəsi alması Elçin Quliyevin “başı üzərindən” olub. Belə ki, Elçin Quliyevin DSX zabitlərinin ali hərbi rütbələrinin artırılması ilə bağlı Prezidentə yolladığı təqdimatda Araz Məmmədovun adı olmasa da “yuxarıdan” gələn zənglə bu məsələ öz həllini tapıb.

Ancaq rütbələrin verilməsi mərasimində Elçin Quliyev öz müavininə yeni rütbəni təqdim etməkdən imtina edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button