Şikayət

Axsaq atın kor nalbəndi və ya təhsilin Gülümsərovu

Azərbaycan kino sənayesinin məşhur “Ulduz” bədii filmində bir obraz var – Gülümsərov. Bizim – 1970-1980-ci illər və daha sonrakı nəsil o filmə baxa-baxa böyüdü. Filmdəki “Möhsün yaz!”, “Gülümsərovun limçayı”, “Axır ki, alim ərə rast gəldim” və sair kimi ifadələr dillərdə əzbər idi. Hərdən isə yarızarafat, yarıgerçək “Nazik ona dərmandır” ifadəsini deyərək, gənc yaşlarında sevməyə başlayan dostlarımıza sataşardıq.

Heç bir elmi savada və təcrübəyə malik olmayan Gülümsərov nədənsə özü haqqında həmişə yüksək fikirdə olub. Özünü kolxozçulara, institutun əməkdaşlarına sübut etmək istəsə də, dəfələrlə buna nail ola bilmədi. Elmi şurada keçirilən iclaslar onun apardığı təcrübələrin əsasız olduğunu isbat etdi. Gülümsərovun təcrübələrinin özü kimi gülüşə səbəb olmasının səbəbini isə hamımız yaxşı bilirik.

Gülümsərovdan əbəs yerə danışmadım. Heç olmasa Gülümsərov filmdə ən azından üzümüzü güldürə bilib. Obraz olaraq dillər əzbəridir və tarixin yaddaşlarına həkk olub.

Vaxtilə Masallı rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunan Tariyel Əkbərov da işə Gülümsərov kimi başladi.Yanına Möhsün kimiləri toplayıb, qollarını çırmalayıb iflasa uğrayan işlərlə məşğul oldu. İş o yerə çatdı ki, Allahın Möhsünü Gülümsərovdan uzaqlaşdığı kimi, vaxtilə Masallıda Tariyel Əkbərova “Möhsün”lük edənlər də ondan birmənalı olaraq uzaqlaşdı.

Masallıda çalışdığı qısa vaxt ərzində bir-birinin ardınca masallılara və təhsilə kifayət qədər ziyan vuran Tariyel Əkbərov rayon sakinlərinin çoxsaylı şikayətləri əsasında hələ o vaxt təzə təyin olunan, indiki nazir Emin Əmrullayevə köhnə xətlə yazdıqları yeni məktublarda rayon sakinləri birmənalı olaraq nazirin diqqətinə çatdırdılar ki, Tariyel Əkbərov təhsilə qara ləkədir. Bunun əlindən bizim yaxamızı qurtarın.

Məktub da ünvana yetişdi. Texniki universitetə 47 balla qəbul olan Tariyel Əkbərovun rayon təhsil işçilərinin arasında yaratdığı intriqa, müəllimlərlə etik davranış qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, müəllimlərin dərs saatının azaldılması, maliyyə maxinasiyaları və digər özbaşınalıqları nazirin əmrindən sonra yarımçıq qaldı.

Bir müddət keçəndən sonra Tariyel Əkbərovun “tərcümeyi-hal”ına düzəlişlər oldu. Nizami rayonunda yerləşən Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbinin direktoru postuna təyin olunan Tariyel Əkbərov Gülümsərov kimi məktəbdə əsassız və mənasız işlər görməyə başladı.
İki gündən bir dəbdəbəli otağına müəllimləri toplayıb Masallıda etdiyi pislikləri, müəllimləri işdən çıxarmağını, onları şərləməyi, dərs saatlarını kəsməyi və müəllimləri qovmağını sinəsini qabağa verib danışıb. Hər dəfə də müəllimlərə dikbaşlılıqla deyib ki, məni buraya yuxarıdan göndəriblər. Burdan da yuxarı gedəcəyəm. Yuxarılar hamısı məni tanıyır.

Elə yuxarıda sözü gedən filmdə Gülümsərov da deyirdi ki, yazdıqlarımı yuxarı göndərmişəm. Yuxarılar apardığım təcrübəni bəyənir. Sonra məlum oldu ki, yuxarılar Gülümsərovun təcrübələrinin heç bir elmi əsası olmadığını sübuta yetirib.

Tariyel Əkbərov, yuxarılar kimdir?

Məktəbə tez-tez dəvət etdiyin əziz dostlarını deyirsən? O gələnlər də məlum olub ki, məktəbə rəsmi qaydada deyil, qeyri-rəsmi formada gəliblər.

Ötən yazılarımızda qeyd etmişdik ki, Tariyel Əkbərov məktəbdə özünə yaxın olan müəllimlərdən məğlubedilməz ordu düzəldib təhsilli, uzun illərdir ki, pedaqoji təcrübəyə malik olan müəllimlərin üstünə getməklə, onlara hədə-qorxu gəlir. Bundan əlavə Tariyel Əkbərov məktəbdə bütün kollektivi haqlarını tələb edən müəllimlərin əleyhinə danışmağa məcbur edir, “üzəduran” müəllimlərə dərs saatlarını artıracağına söz verir. Hətta vəziyyət o yerə çatıb ki, direktorun bu mənasız təkliflərinə görə, otağın qapısını onun üzünə vurub gedənlər də olub.

Direktorun komandasında olanlar da sertifikasiya imtahanlarında iştirak etməyən, edibsə də aşağı qiymətlər alanlardır.

Atalar “təmizlik imandan gəlir” deyib. Təmizlik demişkən, bunu da qeyd etməyi özümə borc bilirəm ki, məktəbin müəllimlərindən biri özünün “Facebook” sosial şəbəkəsindəki hesabında pedaqoji fəaliyyətdən daha çox təmizlik məhsulları və kosmetika satan şirkətin məhsullarını reklam edir. Dərs də qalıb qıraqda. Həmin məhsulların satışı ilə şıdırğı məşğul olan Gülnaz Cəfərovanın satdığı təmizlik və kosmetika məhsulları ona o qədər pullar qazandırır ki, “Texnologiya” fənnindən dərs deməyi tamam yadırğayıb.

Xəstəlikdən əziyyət çəkdiyini deyən Gülnaz Cəfərovaya məsləhət görərdik ki, satdığı kimyəvi maddələr və kosmetik məhsulları onun xəstəliyinə daha da pis təsir edər. Bu fikirləri də alimlər söyləyir.

24 saat dərs yükünə malik olan Gülnaz Cəfərovanın həyat yoldaşı Şakir Cəfərov məktəbin əvvəllər mühasib kimi fəaliyyət göstərib. Məktəbin altından girib üstündən çıxıb. Sonra hansısa səbəblərə görə işini itirib.

İndi də bütün varlığı ilə Tariyel Əkbərova qulluq edir. Hal-hazırda xadimə kimi ştatda olsa da, özünü məktəbdə olduqca önəmli şəxs hesab edən Şakir Cəfərov deyilənlərə görə, vaxtilə əlində olan baxca möhürləri ilə bəlli məbləğ qarşılığında saxta pedaqoji təcrübə yazırmış. İndi həmin saxta möhürləri Şakir Cəfərov necə əldə edib və oradan qazandığı pullarla harada neçə ev alıb suallarının cavabını da aidiyyəti qurumlara verər.

Məktəbə problemini demək üçün direktorun qəbuluna gəlmək istəyənlərə əngəl yaradan Tariyel Əkbərov nədənsə Gülnaz Cəfərova üçün satmağa kosmetika, təmizlik məhsullari, qazan dəsti gətirən oğluna yaşıl işıq yandırıb. Görünür satılan məhsullardan direktorun da xüsusi payi var. Yalan olmasın Gülnaz xanımın özü demişdi təzəyə də pulumu verib malımı satıram. Allah bazar versin.

Bilgi üçün deyim ki, Zərdüştlükdə Şər Allahı hesab edilən Anqra Manyu zərdüştilikdə şər, zülmət və ölüm tanrısı, Hörmüzün əkiz qardaşı və rəqibidir. Hər halda Anqra Manyu və Hörmüz haqqında da bir o qədər geniş danışmağı vacib bilmirik.

Uca yaradan insanlara nəyi qadağan edibsə, onlar nəticə etibarilə insana ziyanlıdır. Nəyi də halal etmişsə onun insanlar xeyirlidir. Misal üçün, əgər içki içmək, qadağan edilibsə bunun insan sağlamlığına və ümumilikdə cəmiyyətə zərərləridir.

Falçılıq da İslamda batil hesab olunur. Aldığımız məlumatlara görə direktor Tariyel Əkbərovun da fala , sehrə, caduya xeyli marağı var. Məktəbdə bu işlə məşğul olan müəllimlərdən biri tez – tez onun üzərində olan caduları təmizləyir , onun işlərinin yaxşı olması üçün xüsusi ayinlər icra edir. Hər halda bunun özü də bir “elm” dir. Özü də təhsil ocağında öyrənilən “elm” .

Ataların var-dövləti çox vaxt övladlara bədbəxtlik gətirir. Bu fikirləri də hindlilər özləri üçün deyib. Qədim hind kitablarından oxumuşam. Amma gözəl fikir bütün bəşəriyyət üçün önəmlidir.

Bu gün Tariyel Əkbərovun məktəbdən şər-böhtanla uzaqlaşdırdığı Könül Səmədlinın ahını özünə yox, gələcəkdə onun soyadını daşıyan övladlarının üzərinə götürüb. Hər halda bu da ilahi işlərdir. Bunun da cavabını zamanı gələndə Masallıdan töhmətlə qovulan, Nizami rayonunda yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbində də özbaşnalıqlarla məşğul olan Tariyel Əkbərov verər. Ya vəlvələdən, ya zəlzələdən qurtarmaq çətin işdir.

Bu günə qədər direktorun elədiyi haqsızlıq və özbaşınalıqlar, vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, maliyyə maxinasiyaları barədə kifayət qədər geniş bilgilər vermişik. Məktəbdə jurnalın cırılmasına qədər oxucularımız məlumatlandırılıb.


Amma bu qədər problem və özbaşınalığın qarşısında səhvlərini düzəltmək, nəticə çıxartmaq əvəzinə, dırnaqarası “TikTok” hesablarında və nəşriyyatda yüz manatlıq otaqlarda fəaliyyət göstərənlər süddən çıxmış ağ qaşıq kimi göstərməyə çalışan Tariyel Əkbərovu müdafiə etmək istəyirlər. Tariyel Əkbərov isə əslində heç kimi yox, məhz özünü aldadır. Bir daha deyirəm, onu Masallıdan tutmuş Bakıya qədər hamı yaxşı tanıyır.

O cür saxta və əsassız məlumatlarla Tariyel Əkbərovu tərifləyib məktəbin pullarından iyirmi-otuz manat alanlar zəhmət çəkib “Google”da Tariyel Əkbərov yazıb sadəcə axtarış versinlər. “Google”dən Tariyel Əkbərovun adına bir əsaslı və dəqiq məlumat tapsalar mən tüfəngi qoyub gecə- gündüz Tariyel Əkbərovu tərifləməklə məşğul olacam. Onu müdafiə edən dırnaqarası nəşriyyat jurnalistləri “Google”da axtarış aparsalar əmin olacaqlar ki, Tariyel Əkbərov heç vaxt elinin-obasının fəxri olmayıb, heç bir şəhid və qazi ailəsinə kömək etmə1yib, məktəbdə şagirdlərlə və pedaqoji kollektivlə ünsiyyət də qura bilmir. Hətta iş otağının qapısına da ” Şagirdlərə giriş qadağandır” yazıb yapışdırıb.

İyirmi manat alıb “TikTok”da mirzəlik edənlər “Google”-də axtarış aparsalar əmin olarlar ki, Tariyel Əkbərov Masallıdan töhmətlərə qovulub, orada elədiyi cinayətlər, maliyyə maxinasiyaları, özbaşınalıqlar, kollektivlə etik davranış qaydalarını pozmaq, dərs saatlarını azaltmaq, vakansiyalari gizlətmək, ümumilikdə vəzifə səlahiyyətlərindən sui-istifadə etmək yazılıb.

Şəhid və qazi ailələrinə dəstək olmaq əvəzinə otağından birinci Qarabağ qazisini qovub, qazinin sağlamlığını itirib qazandıgı çəliyini laga qoymaz , xəstə yaşlı qadını, məktəbdə çalışan müəllimin azyaşlı qız övladını, eləcə də müəllimləri təhqir edib , alçaldıb .

Tariyel Əkbərova məqalənin sonunda böyük Sabirin ixtisarla verdiyimiz “Yalançı çoban” şeirini oxumağı məsləhət görürəm. İmkanı olsa tapıb bütöv şəkildə də oxuya bilər.

Bir çoban bir gün etdi dağda haray:
“Canavar var, – dedi, – gəlin, ey vay!”
Əhli-qəryə yüyürdü dağ tərəfə,
Getməsin ta qoyun, quzu tələfə.
Bunları müztərib görüncə çoban
Gülməyə başlayıb dedi : “Yalan,
Siz bunu sanmayın həqiqətdir,
Damağım gəldi, bir zərafətdir!”
Binəvalar qayıtdı; leyk çoban
Yenə bir gün dağ üzrə qıldı fəğan:
“Canavar var!” – deyə bağırdı yenə,
Qəryə əhlin kömək çağırdı yenə.
Kəndçilər etdilər dübarə hücum,
Yenə oldu yalanlığı məlum.

Elə Gülümsərov demişkən, alimliyimi şübhə altına alanlar tarix qarşısında cavab verəcək.
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 7 Ortalama: 4]

Back to top button