Siyasət

Gürcüstan milli təhlükəsizlik konsepsiyasını yeniləyir

Gürcüstanın milli təhlükəsizlik strategiyası 2022-ci ilin birinci rübündə təsdiq olunacaq. Bu barədə ölkənin Milli Təhlükəsizlik Şurasının Baş nazir İrakli Qaribaşvilinin sədrliyi ilə keçirilən iclasında bildirilib.

Gürcüstan hökuməti həmçinin təhdidlərin qiymətləndirilməsinə dair sənədi də yeniləyəcək və mühüm əhəmiyyət kəsb edən infrastrukturun mühafizəsi haqqında qanun layihəsini parlamentə təqdim edəcək.

Toplantıda regional təhlükəsizlik mühiti və cari proseslər, eyni zamanda kibertəhlükəsizlik sahəsində islahatlar da nəzərdən keçirilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button