Cəmiyyət

Daxili işlər orqanları tərəfindən axtarışda olan 61 nəfər tutulub

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 19 fakt müəyyən edilib

Daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 47 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Bu barədə Daxili İşlər Nazirli məlumat yayıb. Məlumatda bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunmuşdur.
Axtarışda olduğuna görə ümumilikdə 61 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 19 fakt müəyyən edilmişdir.
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılmışdır.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button