Aktual

Niyamın işlətdiyi restorandan daha bir şikayət – 53 manat 20 qəpik xidmət haqqı tutuldu

​​​​Xəbər verdiyimiz kimi, Novxanıda yerləşən “My Beach” istirahət mərkəzində alınan yüksək hesabın fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.News24.az-a verilən məlumata görə, restoranda ödənilən hesabla bağlı daha bir foto yayılıb. Bu dəfə müştəri 53 manat 20 qəpik xidməthaqqı tutulmasından şikayət edib.

Belə ki, müştərinin sifariş etdikləri 266.25 manat təşkil edib. Hesabdan əlavə müştəridən 53.25 manat xidməthaqqı tələb olunub.

Qəbzdə qeyd edilib ki, sifarişin ümumi məbləğindən 25 faiz xidməthaqqı tutulur.

Qeyd edək ki, Novxanıda yerləşən “My Beach” istirahət mərkəzi müğənni Niyam Salamiyə aiddir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button