Aktual

“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək

Videoformatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətləri dinləniləcək

“Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu dekabr ayının 24-də saat 12:00-da keçiriləcək. Baş direktor Ruslan Əliyev Gədəbəy rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Daşkəsən rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Ağstafa rayon sakinləri ilə videoformatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər. Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Şəmkir Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button