Cəmiyyət

Müasir Müsavat Partiyasının sədr müavini partiya həmkarlarını və üzvlərini təbrik etdi

Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova öz Facebook səhvəsində xalqımızı, partiya üzvlərini yeni il münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

Bütün həmvətənlərimizi, Müasir Musavatçıları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edirəm. Yeni ildə soydaşlarımıza ruzi-bərəkət, firavanlıq, əmin-amanlıq və Qələbəmizin daimi olmasını arzulayıram. Qarşıladığımız yeni ilin dünya Azərbaycanlılarının arzu və istəklərinin gerçəkləşdiyi bir il olmasını diləyirəm.

Yeni ildə bütün ümidlər və müvəffəqiyyətlər bizimlə olsun. Partiyamızın sıraları daha da genişlənsin. Hər yeni il bir başqa gözəllikdir. 2022-ci il də sizlərə həyatınız boyunca unuda bilməyəcəyiniz gözəlliklər nəsib etsin!

Hörmətlə: MMP sədr müavini Könül İsmayılova

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button