Gündəm

Dövlət Taxıl Fondu qiymət artımının kəskin şəkildə baş verməsinin qarşısını ala bilmir

Fond daha ucuz qiymətə taxıl alaraq, fövqəladə hallarda tələbatı ödəməlidir

Fond yüksələn qiymətləri neytrallaşdırmaq üçün nə iş görüb?
Son bir neçə il ərzində dünya bazarında buğdanın qiymətində müşahidə edilən artımların Azərbaycanda unun və çörəyin qiymətinə təsir etməməsi üçün dövlət bir çox addımlar atıb.
Xezerxeber.az-ın məlumatına görə, iqtisadçı Xalid Kərimli deyir ki, 2019-cu ildə ölkəmizə buğda idxalı ƏDV-dən azad edilib, eyni zamanda yerli istehsalın daha da artması üçün ayrılan subsidiyaların həcmi yüksəldilib.
İdxalın daha ucuz başa gəlməsi, istehsalın daha da artması üçün lazım olan bütün addımlar atılıb.
Millət vəkili Vüqar Bayramov isə bildirir ki, Dövlət Taxıl Fondu daha ucuz qiymətə taxıl alaraq, böyük ehtiyat toplamaqla uzun zamandır dünya bazarında müşahidə edilən qiymət artımına reaksiya verə bilərdi. Elə bu addım qiymət artımının kəskin şəkildə baş verməsinin qarşısını ala bilərdi. Belə bir təcrübə dünyanın bir çox inkişaf etmiş ölkələrində var.
Qeyd edək ki, Taxıl Fondunun saxlanması və istifadəsi qaydalarının təsdiq edilməsi haqqında qərara əsasən, fonddakı taxılın istifadəsi daxili bazarda taxıl məhsullarının kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədi ilə həyata keçirilir.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button