Dünya
ABŞ-ın 46-cı prezidenti Bayden and içdi-FOTO+VİDEO
ABŞ-ın seçilmiş Prezidenti Cozef Bayden inauqurasiyası keçiriləcək Konqresdəki podiuma çıxıb.“Qafqazinfo” bildirir ki, bu barədə “TASS” xəbər verib.Baydenlə bərabər fəxri qonaqlar üçün ayrılan zonada seçilmiş vitse-prezident Kamala Harris və səlahiyyət müddəti bitən vitse-prezident Maykl Pens var. Orada, həmçinin ABŞ-ın keçmiş prezidentləri, seçilmiş Prezidentin ailə üzvləri, ABŞ Ali Məhkəməsinin hakimləri, amerikalı qanunvericilər yer alıb.
Mərasimə qatılan qonaqlar koronavirus pandemiyası səbəbindən sosial məsafə qaydalarına uyğun olaraq əyləşdirilib.
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]